Əsas məzmuna keç

Qoşma

Məni də göndərdi buğda dalınca

Zəlimxan Yaqub

1
Yunus Əmrəyə

Məni də cavankən çöllərə saldı, Bir çarıq, bir əsa, bir əba verdi. Məni də göndərdi buğda dalınca Yol verdi, at verdi, araba verdi.

Tapdım ərənimi, tanıdım əri, Ona hizmətdəyəm o gündən bəri. Dedi abad elə bu könülləri, Nə qədər dağılmış xaraba verdi.

Tanrıya sirdaşam, haqqa yaram mən, Dünən yox olmuşdum, bu gün varam mən. Tək olan Allaha minnətdaram mən, Mənə Yunus kimi bir baba verdi.

2010, 21 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.