Əsas məzmuna keç

Heca şeiri

Məni

Zəlimxan Yaqub

1

De, sənsiz neyləsin, nəyinə gərək, Ya yaşıl dərələr, ya dağlar məni. Üzünü görməsəm dərdim, həsrətim Axır ya öldürər, ya dağlar məni.

Mən sənə nə deyim, gəl özün ağla, Sarı yaraları, gəl özün ağla. Ölsəm, kənar gəzmə, gəl özün ağla, Sənsiz yalan ağlar, yad ağlar məni.

1973, 11 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.