Əsas məzmuna keç

Qoşma

Məni

Zəlimxan Yaqub

1

Ömrün səhərçağı yatmaq olarmı, Seyrinə çağırır axı, dan məni. Çiçəyin ətridi, çəmənin şehi, Belə avaz verib oxudan məni.

Həyatdı dilimin ən şirin sözü, Gözümün nurudu ocağı, közü. Hələ açılmamış səhərin gözü, Bülbüllər oyadır yuxudan məni.

Xəyalım gəzəndə obanı, eli, “Cəngi”yə köklənir qəlbimin teli. Bilmirəm mənəmmi axıdan seli, Sellərmi, qoynunda axıdan məni.

Başımın tacıdı sevdiyim sənət, Ən uca zirvəmdi sevgi, məhəbbət. Ən böyük varlığam, ana təbiət, Yaradıb ətirdən, qoxudan məni.

1972, 14 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.