Məni
Mənim sözlərimi söyləyin yarə, Verməsin acıdil yellərə məni. Vurğun aşiqini Məcnun eyləyib, Salmasın düzlərə, çöllərə məni.
Başına tac bilər qaya kəkliyi, Bülbül məskən eylər gül-çiçəkliyi. Mənə ağır olar onun təkliyi, Bülbüləm, yetirsin güllərə məni.
Zəlimxan tanışdı yar həyatına, Yaxşıca bələddi əsil-zatına. Ucaldıb göylərin yeddi qatına, Versə, o verəcək ellərə məni.
1972, 5 dekabr