Məni
Deməsin dəlidi huşsuz görəndə, Yersiz qınamasın baxanlar məni. Qalarmı başımda ağlım, kamalım, Azdımı yandırıb-yaxanlar məni.
Aşiqin istəyi, gözəlin nazı, Gətirər hər ömrə baharı, yazı. Bilər nə deməkdir aşığın sazı, Duyar selə dönüb axanlar məni.
Ruhlar cərgəsində çəkər sanımı, El deyər itirdim Zəlimxanımı. Xallları, gülləri alıb canımı, Ya saz öldürəcək, ya Xanlar məni!