Əsas məzmuna keç

Qoşma

Mənəm

Zəlimxan Yaqub

1

Könlü arzuların izinə düşən, Gözü uzaqlara dikilən mənəm. Xəyalı düzlərə, fikri dağlara, Yuxusu göylərə çəkilən mənəm.

Görüşək, eşqinlə axım çay kimi, Yanım Günəş kimi, doğum Ay kimi. Gəl ki, gəlişinlə bir saray kimi, Ucalan, qurulan, tikilən mənəm.

Sanama anları, san yeri deyil, Bizə illər gərək, an yeri deyil, Əzizim, sökülən dan yeri deyil, Sənin həsrətinlə sökülən mənəm.

1975, 10 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.