Əsas məzmuna keç

Qoşma

Mənə yuxarıdan yol göstərən var

Zəlimxan Yaqub

1

Ömrün yollarında arxalanmağa, Kişi var, dədə var, ər var, ərən var. Yazda toxumları səpən, göyərdən, Payızda əl atıb barı dərən var.

Ağlayar yıxılan, sevinər yıxan, Yıxılmaz Allahın əlini sıxan. Sərsəm qasırğadan salamat çıxan, Dəli tufanlara sinə gərən var.

Bilirəm qədrini zilinən, pəsin, Avazın, ahəngin, nəğmənin, səsin. Heç kəs mənim üçün yol göstərməsin, Mənə İlahidən yol göstərən var.

2000, 12 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.