Əsas məzmuna keç

Heca şeiri

Mənə ümid kimi bax

Zəlimxan Yaqub

2

Mənə ümid kimi bax – doğruldum gümanını, Mənə işıq kimi bax – dağıdım dumanını! Mənə inam kimi bax – sinə gərim çətinə, Mənə sevgi kimi bax – dönüm məhəbbətinə! Mənə səhər kimi bax – çevrilim sabahına, Mənə sevinc kimi bax – nöqtə qoyum ahına! Mənə bahar kimi bax – yaşıllanım, allanım, Mənə payız kimi bax – şirələnim, ballanım! Mənə həyat kimi bax – hər gün qaynayım, daşım, Bax, mənə necə baxır atam, anam, qardaşım. Nə qədər ki baxırsan mənə barmaqarası, Qəti sağalan deyil ürəyimin yarası! Demək, qəlbimdə kədər, demək, sinəmdə dağsan, Bu gedişlə, ey insan, Nə mən yüksələcəyəm, nə sən ucalacaqsan!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.