Mənə oğul deyil, vətəndaş gərək
Topxana düşməndə, gorxana məndə, Axsın gözlərimdən qanlı yaş gərək. Daşaltı düşmənin baş altındadı, Yağsın başımıza göydən daş gərək.
Gözümdəki nurdu, qəlbimdəki səs, Udduğum havadı, çəkdiyim nəfəs. Yurd-yuva itirməz ağlı olan kəs, Torpaq itirənin ağlı çaş gərək.
Alın düyünlənib, çatılırsa qaş, Batırsa xəzinə, itirsə yaddaş, Məndən oğul-uşaq istəmə, qardaş, Mənə oğul deyil, vətəndaş gərək.
2004, 30 may