Mənə dünya bağışla
Məcnun olmaq istərəm, Mənə səhra bağışla. Balıq olmaq istərəm, Mənə dərya bağışla. Baş qoyum dizin üstə, Mənə layla bağışla. Sevmək zamanı gəldi, Qaynar çeşmə, göy çəmən, Güllü yayla bağışla. Əsirgəmə, ey gözəl, Dünyanı istəyirəm, Mənə dünya bağışla.
2004, 27 sentyabr