Əsas məzmuna keç

Qoşma

Məndən salam olsun

Zəlimxan Yaqub

1

Məni yer üzündən ayırma, Tanrım, Yerdə sirdaş elə çiçəklərinə. Məni göy üzündən ayırma, Tanrım, Dərdimi söyləyim fələklərinə.

Öpüm sıldırımı, qayadan keçim, Çəkim sığalımı, səhradan keçim. Dalğayla danışım, dəryadan keçim, Qoş məni çöllərin küləklərinə.

Harda cıdır varsa yarışım olsun, Harda savaş varsa barışım olsun. Sağlam toxum olsun, qara şum olsun, Qanad tax qəlbimin diləklərinə.

Əzəldən dostuyam ağrının, ahın, Bir sadiq quluyam eşq adlı şahın. Məndən salam olsun qadir Allahın, Mənə salam verən mələklərinə.

Bişkək, 2009, iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.