Məndədi
Dərdimə dərman axtarma, Dərd məndə, dərman məndədi. Ərzimi şaha söyləmə, Güc məndə, fərman məndədi.
Köhnə dünyanın qəmiyəm, Bütün qəmlərin cəmiyəm. Sünbül dolu bir zəmiyəm, Dən məndə, xırman məndədi.
Damarda qan ölür, ölsün, Cismimdə can ölür, ölsün. Bir Zəlimxan ölür, ölsün, Neçə Zəlimxan məndədi.
2006, 25 iyun