Əsas məzmuna keç

Qoşma

Məna bilməz yaşında

Məxdumqulu Fəraqi

1

Ey yaranlar, adəmzad Məna bilməz yaşında Biqəm olar dünyada, Dördündə, ya beşində.

Beşində bəydir, bilməz, Dünyanı gözə almaz, Zərrə qayğısı olmaz, Gəzər oyun daşında.

Əgər ki on yaş gələr, Cavanlıqdan huş gələr, Yemək-içmək xoş gələr, Küy çox olar başında.

On beşə yetsə salı, Uçar könül xəyalı, Əsər cavanlıq yeli, Cüvan görər düşündə.

Cüvanlıq odu yanar, Cavanlıqdan nırx dönər, Hər gün bir eşqə minər, Ol iyirmi yaşında.

Gözü sataşsa mala, Uğrarsa xam xəyala, Gücü gələr kamala, Otuza ulaşanda.

Cahil olan kəm olar, Nə ona mərhəm olar, Qırxda ağıl cəm olar, Adamzadın başında.

Yaş əlliyə gedəndə, Olar qoca adında,

Ölüm olar yadında, Diqqət edər işində.

Düşmüşəm sevdaya der, Sevdalı qovğaya der, Keçdi ömrüm zaya der, Ah edər altmışında.

Yetmişində «ah»lanar, Can cəsəddə saxlanar, Qayği-həsrət çoxlanar, Asta olar işində.

Qüvvəti yox tutanda, Dincələmməz yatanda, Yaş səksənə çatanda, Tanımaz uğraşanda.

Çıxmaz içərdən dışa, Baxmaz qohum-qardaşa, Ölü derlər ol kişə, Yaş doxsandan aşanda.

Məxdumqulu hümməti, Qalmaz qədir-qiyməti, Peyğəmbərin ümməti, Heç olar yüz yaşında.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.