Əsas məzmuna keç

Qoşma

Mən zamanı zamanında yaşadım

Zəlimxan Yaqub

1

Mənim ömrüm təbiətin ömrüdü, Damlasında, ümmanında yaşadım. Zirvələrin çiskinində, çənində, Yağışında, dumanında yaşadım.

Sular kimi hey töküldüm çarxa mən, Boş gəlmədim otuza mən, qırxa mən. Əlli yaşda oldum elə arxa mən, Ümidində, gümanında yaşadım.

Dərd ürəkdə, əsrin yükü çiyində, Ağrı başda, qasırğalar beyində. Aha döndüm ürəklərin heyində, Kədər oldum, kamanında yaşadım.

Ürəyində buz yaşamaq – faciə, Yarasında duz yaşamaq – faciə. Çox yaşamaq, az yaşamaq – faciə, Mən zamanı zamanında yaşadım.

2005, 10 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.