Mən sözün anası
Tanrının sözünə dirsəklənmişəm, Söz yaşıl yamacım, söz talam mənim. Yeddidən yetmişə rəngi gözümdə, Söz gülüm, gülşənim, söz lalam mənim.
Dilimdə ilk kəlmə dinəndən bəri Söz oldu ömrümün sərvəti, zəri. Mənəm sərkərdəsi, mənəm əsgəri, Söz daşım, divarım, söz qalam mənim.
Yoğurdum, başımda ağıl eylədim, Dastana çevirdim, nağıl eylədim, Böyütdüm, bəslədim, oğul eylədim, Söz nəvəm, nəticəm, söz balam mənim.
2005, 28 yanvar