Əsas məzmuna keç

Heca şeiri

Mən sənin oldum

Zəlimxan Yaqub

1

Dalğa dənizindi, çiçək çəmənin, Ruh canın payıdı, nəfəs bədənin, Millət şairindi, şair Vətənin, Nə yaxşı, nə yaxşı mən sənin oldum.

Qanım nəslimindi, canım torpağın, Möhtacı deyiləm beş arşın ağın. Yaşıl ağacında yaşıl yarpağın, Sarı sünbülündə bir dənin ollam.

Araya uçurum, dərə salmadı, Xeyrə yol göstərdi, şərə salmadı. Yaradan sözümü yerə salmadı, Vətən deyə-deyə Vətənin oldum.

Yalta, 2010, 26 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.