Əsas məzmuna keç

Sərbəst şeir

Mən sənə şair gözüylə baxıram

Zəlimxan Yaqub

2

Gülürsən, sevinirsən, yanağında lalə görürəm. Ağlayırsan, hönkürürsən, gözlərində şəlalə görürəm. Tutulursan, dolursan, baxışında bulud görürəm. Susursan, kiriyirsən, dodağında sükut görürəm. Sevirsən, sevilirsən, sabaha uçuşlarını görürəm. Cəh-cəh vurub oxuyursan, səsində cənnətin quşlarını görürəm. Kövrəlirsən, qəlbində dünyanın qəmini görürəm. Danışırsan, nəfəsində könlümün həmdəmini görürəm. Bütün zamanların ruhu səndədi, Mən sənə baxanda Bütün zamanları, Zamanların içində Hər saniyəni, hər saatı görürəm. Sən mənim həyatımsan, Hirsində, qəzəbində, Sevgində, əzabında, Tükənməz həsrətində, Sonsuz məhəbbətində, Şahanə duruşunda, Ağır oturuşunda mən həyatı görürəm. Bir insan varlığında, sevgi xumarlığında Allahın yaratdığı Kainatı görürəm.

2009, 13 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.