Əsas məzmuna keç

Qoşma

Mən öz dastanımı yazıb gəlmişəm

Zəlimxan Yaqub

1

Ey qərib məmləkət, ey qürbət diyar, Demə, yollarımı azıb gəlmişəm. Alnıma nə yazıb, Allahım bilir, Mən öz dastanımı yazıb gəlmişəm.

Köküm, çiçəklərim, tağım ordadı, Mən burda xəstəyəm, sağım ordadı. Qayalı, bulaqlı dağım ordadı, Damlayam, qayadan sızıb gəlmişəm.

Özün bil, özgəyə bildirmə məni, Ağlada-ağlada güldürmə məni. Sən Allah, qürbətdə öldürmə məni, Vətəndə qəbrimi qazıb gəlmişəm.

2008, 12 mart Almaniya, Münhen ürək xəstəxanası

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.