Mən olum
Sözümüz sözdürsə, əməl eyləyək, Yanaq sən olanda, dodaq mən olum. İçilən birimiz, içən birimiz, Yanan sən olanda, bulaq mən olum.
Mənə həyat versin zilinlə pəsin, Bəzəsin ömrümü avazın, səsin. Qaranlıq bəxtinə yaxın düşməsin, İşıq sən olanda, otaq mən olum.
Hər zaman bir olsa sözünlə sözüm, Söngüməz ocağım, qaralmaz közüm. Sənin pis üzünü görməsin gözüm, Xəstə sən olanda, torpaq mən olum.
1972, 23 may