Mən olaydım
Əlində bir dəstə gül, dağdan düzə enəndə, Gözəlin dodağında bayatı mən olaydım. Payız toylar başlayıb, el arana dönəndə, O istəkli dilbərin həyatı mən olaydım.
Rəssam olsa, lövhəsi, memar olsa, sarayı, Şair olsa, qələmi, dəftəri mən olaydım. Çataydı qulağına qəlbimin hay-harayı, Alim olsa, ən böyük əsəri mən olaydım.
Nə qədər gözlərindən çəkilsəm də qırağa, Əziz günü, bayramı, şənliyi mən olaydım. Könlümü bənzədəydi şölə saçan çırağa, Başının ucalığı, mənliyi mən olaydım.
Könlü istəyən yerə addımını atanda, Hər dəqiqə, hər saat gərəyi mən olaydım. Uzun sözün qısası, Sinəsində döyünən ürəyi mən olaydım.