Əsas məzmuna keç

Qəsidə

Mən ol bülbüli-gülşəni-aşina

Məhəmməd Füzuli

1

Mən ol bülbüli-gülşəni-aşina Ki, qürbətdə qalmış əsiri-bəlayəm. Bu nəğməm nəvadır, özüm binəva, Ümidim kəsilmiş, vətəndən cüdayəm, Həyatım ağırdır, günümdür qara, Bu iş ah, nə işdir ki, mən mübtəlayəm?!

* * *

Olub şəm’ kimi eşqdə biqərar, Gecəm uyxusuzdur, günüm ahü-zar.

Sərasimə haləm, siyəh ruzigar, Ürək yanğısıyla gözüm əşgbar. Yaxar qəlbimi ahi-atəşfəza, Bu yanğıyla mən talibi-rövşanəyəm.

* * *

Işimdən cəzanə gəlibdir cahan, Mənə e’tibar etməz oldu zaman. Vəfasız yaranmış deyin asiman, Bu yüngül yürüşlü, ağır baş səma, Bilir mən əsiri-kəməndi qəzayəm.

* * *

Qaşından uzaqda mənəm, bilcünun, Siyəh razigarü zəifü zəbun, Hilal tək şəfəqdə mənəm qərqi-xun! Əyilmiş qəddim də olub hərfi-nun, Tənim natəvan oldu, ey dilrüba, Əyildi bu qamət budur, bax, dütayəm.

* * *

Şikayət varımdır mənim bihesab, Ürək də olubdur bu dərddən kəbab. Daha yox bu sonsuz qəmə, dərdə tab, Bilir ölkənin katibi ol cənab. Odur tək mənim halimə aşina, Bu sözdə bilir ki, yəqin biriyayəm.

* * *

Bütün xəlq üçün o, köməkdir, inan, Onunla nizama düşübdür cahan, Onun qüvveyi-elmi olmuş əyan, Əlilə düzəlmiş ümuri-zəman.

Böyük incidir, gövhəri-pürbəha, Işıqlı sitarə, ona mən fədayəm.

* * *

Durar tə’zimində fələk sərbəsər, Onun sayəsində cahan yüksələr. Ona xidmət eylər qəzavü qədər, Onun qarşısında səmalər əgər Edərsə ləyaqət, şərəf iddəa, Buna oxşayar ki, deyə bihəyayəm.

* * *

Sən oldun cahanda belə müqtədir, Qəzanın işi əmrinə müntəzir, Sən oldun bilik ölkəsində əmir, Qəzavətdə-ğazi sənə yox nəzir, Əlində qələm-nizə, batmış qana, Deyir: əhli-üsyan üçün əjdəhayəm.

* * *

Şahim, bircə sənsən mənimçin xəyal, Mənə ruh verir səndəki xoş cəmal, Həmişə dilərdim çataydı vüsal, Əgər mən gecikdim, sən etmə sual. Əmirim, yəqin bil, səbəb var buna, Demə ki, mən əhdi pozan bivəfayəm.

* * *

Hər anda gələrdi mənə bir soraq, Müsafir çox idi, yolumsa uzaq, Sən oldun nəhayət bu qəlbə dayaq, Böyüklər başına basıb mən ayaq, Olub rəhrəvanın mənə rəhnüma, Bu yoldan gələn mən də bir binəvayəm.

* * *

Şahim, mən səninlə tapıb e’tibar, Olub sayən altında çox bəxtiyar, Hələ bilməyirdim nədir intizar, Eşitdim veribsən belə bir qərar Ki, sayən başımdan alırsar, şəha, Bu qorxunc xəbərdən yaman narizayəm.

* * *

Sən Allah, bu fikrə gəl etmə həvəs, Gedirsən, yerində qalır hansı kəs? Kimə tapşırırsan bizi onda bəs, Füzuli səninlə alırdı nəfəs, Onun dərdinə bircə səndən dəva, Gəlincə çıxar can ki, hali fənayəm.

* * * Ilahi, özün ol ona pasiban, Ona ver bu yolda hər işdə aman. Ona qürbət eldə özün ol həyan, Kərəm süfrənə et onu mihiman. Ona müttəsil feyzini qıl əta, Yolunda duagü və nəğmə-sərayəm.

* * *

Lüğət: Qürbət – yaxın olmaq L; Zar – sızıldayan, ağlar, zəif; Talib – tələb edən; rəğbət göstərən, istəyən; Zəbun – düşkün, aciz, zəif; Hilal – yeni çıxmış ay; Xun – qan; Natəvan – gücsüz, zəif; Tab – taqət; işıq; qıvrım; Əhli – raz – sirr əhli, sirdaş; Rəhnüma – yol göstərən; Sayə – kölgə; Can – ruh, bədən; Əta – bəxşiş

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.