Əsas məzmuna keç

Heca şeiri

Mən nəyinə lazımam?

Zəlimxan Yaqub

1

Bəzən acığım tutur, hirs dağıdır qafamı, Kar olmaq istəyirəm hər şeyinə dünyanın. Dirsək dizdə, əl üzdə, can odda, baş qovğada, Boylanmaq istəyirəm yer-göyünə dünyanın. Sındırmaq istəyirəm çaldığım sazı belə, Nə sazına baxıram, nə neyinə dünyanın. Aciz qalıb əlində, insanlar aça bilmir, İşlərini kim salıb sərt düyünə dünyanın? Əlim sağ, ayağım sağ, Min düyündən birini aça bilməmişəmsə, Mən nəyinə lazımam, de, nəyinə dünyanın?!

2004, 8 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.