Əsas məzmuna keç

Qəsidə

Mən kiməm? – Bir fəqiri-bisərü pa

Məhəmməd Füzuli

1

Mən kiməm? – Bir fəqiri-bisərü pa, Kəmtərin bəndəvü kəminə gəda.

Sayiri-kargahi-səbrü sükun, Saliki-şahrahi-fəqrü fəna.

Nə mizacimdə irtikabi-qürur, Nə fəalimdə ehtimali-riya.

Künci-üzlətdə fəqrü faqə ilə Olmuşam öylə məhv kim, məsəla:

Mərkəzi-xaki etsə zirü zəbər, Bulamaz gərdimi nəsimi-səba.

Əzl qılmış məni əməllərdən Amili-karxaneyi-dünya.

Qılmazam karü bari-aləmə meyl, Çəkməzəm əzlü nəsb üçün qovğa.

Mənə vermiş cahan qamu fəqrin, Nola ursam cahana istiğna.

Aləmi-üzlətin yeganəsiyəm, Qafdən-Qafə yox mənə həmta.

Surətim fəqrü siyrətim mün’im, Hey’ətim murü himmətim ənqa.

Rif’əti-qədrim iltifat etməz, Gər Süleyman qılırsa ərz əta.

Faniyi-mütləqəm, qəbul etmən Minnəti-Xizr ilə zülali-bəqa.

Deməzəm vəhşiyəm, təbiət ilə Talibi-zövqi-söhbətəm, əmma

Bir diyar içrəyəm ki, xəlqindən Eyləməz hiç kim mənə pərva.

Kimsə yox dərdim eyləyim izhar, Eyləyim ondan iltimasi-dəva.

Lə’lvəş daş içindədir vətənim, Gül kimi, xarı qılmışam mə’va.

Dün bu hal ilə məhvi-heyrət ikən, Gəldi bir qasidü gətirdi mana

Bir əcəb nameyi-fərəhtə’sir, Məhz hüsni-ibarətü imla.

Zahiri dilpəzirü feyzrəsan, Batini feyzbəxşü ruhəfza.

Nəqşi-xəttində əltəfi-surət, Tərzi-ləfzində əşrəfi-mə’na.

Cilvəgahi-nəzərdə hər ləfzi, Bir pəripeykərü mələksima.

Işvəvü şivəvü kirişmə ilə Dil edər seydü əql edər yəğma.

Fəhm qıldıqda hüsni-məzmunun, Qıldım onda sürurlər peyda.

Bəndəyi lütf birlə yad etmiş Həzrəti-seyyidi-xücəstəliqa.

Ol fələkqədr kim, ona vermiş Hikməti-Həq kəmali-sidqü səfa.

Zati-paki cəmii-aləmdən Şərəfi-rütbə ilə müstəsna.

Feyzi-elmi ifadeyi-bəşəri, Ona ərvahi-qüdsdən ilqa.

Əslidir nuri-paki-müstəfəvi, Hökmüdür rövnəqi-səriri-qəza.

Elmidir baisi-rəfahəti-xəlq, Fe’lidir mövcibi-rizayi-Xuda.

Az olur bir arada cəm olmaq Hökmü elmü səyadətü təqva.

Mir Seyyid Məhəmmədi qazi, Mənbəi-elmü helmü cudü səxa.

Ey qəzahökm kim, müyəssərdir Zatinə iqtidari-izzü əla.

Güli-gülzari-itrəti-nəbəvi, Çəmənarayi-milləti-Zəhra.

Nuri-çeşmi-təmamiyi-sadat, Müqtədayi-cəmii-əhli-zəka.

Mənə təqsir hökmün etmişsən, Demək olmaz bu hökmə hökmi-xəta.

Leyk bir bəndeyi-həqirəm mən, Əməlim əhli-xeyrə xeyr-dua.

Sahibi-üsrətəm, mənə nə düşər Kim, olam həmnişini-əhli-ğina?

Məhzi-cəhləm, mənə nə nisbətdir Ki, qılam meyl söhbəti-füzəla?

Gərçi əflakə rəğbət eylər xak, Yetməz ə’layə rütbeyi-ədna.

Lütf səndən mənə münasib ikən, Məndən olmaq mütaləbət nə rəva?

Ey Füzuli, bu növ, də’vadə, Məsləhətdir dutam təriqi-riza.

Hal müşküldür onda kim, bir ola, Sahibi-hökmü sahibi-də’va.

Var ümidim ki, ta müəssirlə, Sabitü sayir ola ərzü səma,

Ola hökmi-qəza ilə baqi Qaziyi-ğaziyi-xücəstəliqa.

* * *

Lüğət: Kəmtər – daha az, əskik; aciz, etibarsız; Kəminə – aciz, zəlil; Saliki – təriqi-xəta – xata yolunun yolçusu; Şahrah – işlək yol, böyük yol; Üzlət – yalqız yaşamaq; Xaki – tirə – qara torpaq; Nəsimi – gülriz – gülləri tökən səhər küləyi; Bari – giran – ağır yük; Ənqa – Simurğ quşu; Qədr – dəyər, qiymət, məziyyət; Əta – bəxşiş; Zülal – saf, duru; Bəqa – həmişəlik; Talib – tələb edən; rəğbət göstərən, istəyən; Pərva – qorxu, kömək; Hüsni – göftar – söz gözəlliyi X; İbarət – ibarələr; Dilpəzir – ürəyə yatan, xoşagəlim; Əşrəf – çox şərəfli; Pəripeykər – pəri üzlü; Kirişmə – naz, qəmzə; Dil – ürək; Seyd – ov, şikar; Peyda – zahir, aşkar olmaq; Ərvahi – qüds – müqəddəs ruhlar; Səriri – abi-rəvan – axar suyun səsi, şırıltısı; Qazi – dini müharibə iştirakçısı; Güli – rə’na – qırmızı rəna çiçəyi; Sadat – seyidlər; Əhli – raz – sirr əhli, sirdaş; Əməl – arzu; iş; Həmnişin – yoldaş; Xak – torpaq; Təriqi – hüda – hidayət yolu, doğru yol; Baqi – həmişəlik, qalan, daimi

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.