Əsas məzmuna keç

Müxəmməs

Mən kiməm? – Bir bikəsü biçarəvü bixaniman

Məhəmməd Füzuli

1

Mən kiməm? – Bir bikəsü biçarəvü bixaniman, Taleim aşüftə, iqbalım nigun, bəxtim yaman. Nəmli əşkimdən zəmin məmlu, ünümdən asiman, Ahü naləm navəki peyvəstə, xəm qəddim kəman. Tiri-ahim bixəta, tə’siri-naləm bigüman, Müttəsil qəmxaneyi-sinəmdə yüz qəm mihman. Qanda bir qəm itsə, məndən istəsinlər, mən zəman1, Yox mənə qeydi-bəlavü dami-möhnətdən aman. Çıxmadı könlümdən ənduhü qəmü möhnət həman, Ey mənim canım sənü könlüm səninlə şadiman. Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!

Fariğ idim cümlə aləmdən, bilir aləm məni, Eyb edərdi bixəbər sanıb bəniadəm məni. Qoymadı dövrani-çərx öz halimə xürrəm məni, Şad ikən aləmdə, çərx etdi əsiri-qəm məni. Eşq nagəh oldu peyda, tutdu müstəhkəm məni, Saldı yüz sevdaya ol geysuyi-xəm dər-xəm məni. Şimdi Məcnundan rəhi-eşq içrə sanmın kəm məni, Yar xud qılmaz hərimi-vəslinə məhrəm məni. Sən ki, məhrəmsən, səba, billah, anıb hər dəm məni, Söylə ey gül kim, sənə bəxt eyləməz həmdəm məni. Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, Əl-əman, hicarn bəlavü möhnətindən, əl-əman!

Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda, Tutiyi-laləm, şəkərnisbət məqalindən cüda. Der idim səbr eyləyim, olsam cəmalindən cüda Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. Tirə oldu ruzigarim zülfü xalindən cüda, Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. Mu tək incəldi tənim nazik nəhalindən cüda, Xəm gətirdi qamətim, mişkin hilalindən cüda. Çıxdı cani-natəvan, şirin zülalindən cüda, Oldum, əlqissə, rüxi-fərxündəfalindən cüda. Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, Əl-əman, hicran bəlavü möhnətindən, əl’əman!

Sinə çakü didə nəmnakü bədən əfgardir, Can həzin, xatir qəmin, şeyda könül bimardir. Mən bu qəm içrə ki, dəf’in eyləmək naçardir, Məsləhət sordum, dedilər məsləhət izhardir. Söylədim dərdi-dilimni bildi ol kim yardir, Qılmadı bir rəhm bəs kim, zalimü xunxardir. Dəxi izhar edəmən, nə hacəti-təkrardir, Eyləyim səbrü təhəmmül ta həyatim vardır. Canə yetgəc ta ki, məndə qüvvəti-göftardir, Söylərəm: ey gül ki, səndən ayrılıq düşvardir, Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!

Yar bilgəc halimi bir rəhm peyda eyləyə Anlayıb dərdi-dilimni, bir müdəva eyləyə. Olmaya qafil mənə minbə’d, pərva eyləyə, Rəhm edib, ancaq məni aləmdə rüsva eyləyə. Ta özün könlüm onun eşqində şeyda eyləyə, Tuta damanin onun, vəslin təmənna eyləyə, Qılmaya ikrah cövründən, müdara eyləyə, Düşməyə ondan cüda, kuyində mə’va eyləyə, Gər özündən onu yar ayırsa, qovğa eyləyə, Dəmbədəm yüz şövqilə bu beyti inşa eyləyə: Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!

Aqibət ahim mənim ol mahə tə’sir etməsə, Bunca əfsunum pərivəş yarı təsxir etməsə, Yar hali-zarimə bir fikrü tədbir etməsə, Bivəfalıq rəsmini gəldikcə təğyir etməsə, Ol cəvani-nazənin meyli məni pir etməsə, Tutaram bir yar mən, gər ömr təqsir etməsə, Yar, yar olmaz, könül, üşşaq ilə bir etməsə, Zülfünü aşiqlərin boynuna zəncir etməsə, Aşiqin qeydində yüz neyrəngü təzvir etməsə, Görmüyən saətdə yüz üzr ilə təqrir etməsə, Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!

Mənəm ki, qafiləsalari-karivani-qəməm, Müsafiri-rəhi-səhrayi-möhnətü ələməm. Həqir baxma mənə, kimsədən sağınma kəməm, Fəqiri-padişahasa, gədayi-möhtəşəməm, Sirişk təxti-rəvandır mənə, bu ah, ələm, Cəfavü cövr – mülazim, bəlavü dərd – həşəm.

Nə mülkü mal mənə çərx versə, məmnunəm, Nə mülkü maldən avarə qılsa məhzunəm. Əgərçi müflisü pəstü mühəqqərü dunəm, Dəmadəm öylə xəyal ellərəm ki, Qarunəm. Könüldə nəqdi-vəfa gənci, leyk pünhani, Gözüm xəzaneyi-lə’lü gühər, vəli fani.

Həyat sərf edübən, dərd qılmışam hasil, Sirişki-alü rüxi-zərd qılmışam hasil, Zəmir güzgüsünə gərd qılmışam hasil, Təbiəti-səgi-şəbgərd qılmışam hasil, Işim qara, gecə ta sübh naləvü fəryad, Nə versələr ona şakir, nə desələr ona şad.

Sirişkriz güləndamlər həvasilə, Şikəstəhal siyəhzülflər bəlasilə, Zəmanə içrə qəmi-eşq macərasilə, Həmişə məsləhətim özgələr rizasilə, Nə dövri-gərdişi-gərdun mənim muradimlə, Nə qayəti-əməlim hüsni-e’tiqadimlə.

Həsud surəti-əhvalimə nəzər qılmaz, Cəfa qılır məni biçarəyə, həzər qılmaz,

Sanır ki, naləvü zarım ona əsər qılmaz, Onu mürur ilə aləmdə dərbədər qılmaz, Zəmanə içrə mücərrəbdir intiqami-zəman, Həmişə yaxşıya yaxşı verər, yəmanə yəman.

Xoşam ki, xameyi-təqdiri-eyzədi-mütəal, Vücud lövhinə təsvir edəndə surəti-hal, Rəqəm qılıb əgər idbardır və gər iqbal, Olur təğəyyür ona qeyridən bu əmri-məhal, Səadəti-əzəli qabili-zəval olmaz. Günəş yer üstünə həm düşsə, payimal olmaz.

Əzizi-həq həsədi-düşmən ilə olmaz xar, Həsud hiyləsi iqbali eyləməz ibdar. Əgərçi gülbünə gahi xəzandan afət var, Tədarük eylər ona afiyət nəsimi-bəhar. Qərəz ki, hər kim əzəldən olursa dövlətmənd, Məhaldır yetə asari-dövlətinə gəzənd.

Əgərçi bir neçə gün iqtizayi-aləmi-dun, Cahanda eylədi iqbal ra’yətini nigun. Zəmanə surəti-əhvalim etdi digərgun, Vəfa xətinə qələm çəkdi çərxi-buqələmun, Bu gün zəmanə ol əhvaldən peşimandır, Əgərçi kafər idi, haliya müsəlmandır.

Füzuli, eylədigin əhdinə vəfa qılğıl, Yetər şikayət edib şərhi-macəra qılğıl, Vücudunu hədəfi-navəki-bəla qılğıl, Qamu cəfalərə səbr eyləyib dua qılğıl. Kim ola dust rizası həmin sənə hasil, Rizayi-düstdur əsli-təməttö’, ey qafil!

Gətir, saqi, qədəh kim, növbahari-aləmaradır! Zəmin səbzü həva canbəxşü gülşən rahətəfzadır!

Pərişan olma kim, gülbərg tək hala bu gülşəndə, Nişatü eyş üçün əsbabi-cəm’iyyət mühəyyadır.

Açıldı lalə, güldü qönçə, gəldi işrət əyyami, Zəbani-hali-səbzə işrət iymasına guyadır.

Gör öz halini vü çəkmə qəmi-mazivü müstəqbəl Ki, hala mövsimi-gülgəştü dövri-cami-səhbadır.

Səhər gülzarə gir, billah, bu mövsimlərdə vü hərdəm, Təmaşa qıl ki, divanında gülün xoş təmaşadır.

Açıldı qönçə tumarı və mə’lüm oldu məzmuni, Budur kim: fövt qılman1 mövsimi-gül, cami-gülguni.

Gətir, saqi, qədəh, bil kim, təəllül fövti-fürsətdir, Bu firsət var ikən fövt etmə kim, fürsət qənimətdir.

Zəminə: “keyfə yöhyil-ərz”2 yazmış xameyi-səbzə, Nəzər qıl kim, bu həm asari-rəhmətdən bir ayətdir.

Deyirlər cənnət içrə atəş olmaz, bu əcəbdir kim, Gülüstan atəşin gül birlə rəşki-baği-cənnətdir.

Cahani rəşki-gülzari-Xəlil etkən bahar iməs, Bu feyzi-ədli-Ibrahim xani-paksirətdir.

Onun yanında kim, gülbərg gülzari-məanidir, Onun bəzmində kim, sərvi-rəvani baği-behcətdir.

Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni, Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni.

Gətir, saqi, qədəh, boldunsa1 hali-dəhrdən agəh Ki, dövran üzrədir peyvəstə sübhü şamü salü məh.

Xəzandan qurtulub gülzar bəzmində azan bülbül, Çiraği-gül yaqub, xəlvətsərayi-vəslə bulmuş rəh.

Gül açmış xani-vəslin, bülbülə təklif edər hər dəm Ki, gər mehman isən xani-Xəlilullahə, bismilləh.

Cahandan dün mükəddər xatir idim fali-fəthi çün Bu gün gülzarə girdim gül kitabın açmağa nagəh.

Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni, Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni.

Gətir, saqi, qədəh kim, eyş xoşdur gül zamanində, Zaman fövt dəhrin qüsseyi-sudü ziyanində.

Qümari “təhtəhəl-ənhar”2 oxur gülzar vəsfində. Ənadil “hazihi cənnat”3 oxur gülzər şə’nində.

Səba qönçə dəhanın pürzər etsə, eyb irməz kim Ki, mədhi-xani-xaqanqədrdir qönçə dəhanində.

Hava səbzə zəbanin tiz əgər qılsa, yeridir kim, Sənayi-xani-xeyrəncamdır səbzə zəbanində.

Qədəh tutmaqdan ikrah etməzəm, ta kim eşitdim mən, Səhər bülbül dilində, gül qatında səbzə yanində:

Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni, Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni.

Gətir, saqi, qədəh kim, bağü səhra laləzar oldu, Əcəb fəsli-xücəstə, mövsimi-xoşruzigar oldu.

Şükufə bərgi topraq üzrə simin xiştlərdir kim, Əsasi-eyşi-xəlq ol xiştlərdən üstüvar oldu.

Cigər qani kimi getmişdi gözdən tazə gül şəkli, Yenə daği-dili-əhli-vəfa tək aşikar oldu.

Çıxardı səbzəvü gül xakdən çox lə’lü firuzə, Vəli, yüz şükr kim, xan xaki-payinə nisar oldu.

Füzuli, gər xəzan vaxtı irərdin müttəqi, hala Mey iç kim, mövsimi-gül gəldi, əyyami-bəhar oldu.

Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni, Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni.

Lüğət: Aşüftə – pərişan, dağınıq, özünü itirmiş, qarıxmış; Navək – ox; Müttəsil – bir-birinin ardınca, daima; Zəman – zamin; Hərim – məhrəm yer, yaxın adamların gedə biləcəkləri yer; Düşvar – çətin, müşkül. E; Tirə – qaranlıq, tutqun; Didə – göz; Əfgar – yaralı, üzgün; Həzin – qəmli, qayğılı, qüssəli; Təğyir – döndərmək, dəyişmək; Neyrəng – hilə; Təzvir – hiylə; Sirişk – göz yaşı; Təxt – rəvan – çiyin üzərində aparılan təxt; Mülazim – xidmətçi, vəzifəsindən ayrılmayan qulluqçu; Pəst – alçaq; Mühəqqər – təhqir olunmuş, kiçik; Zəmir – könül, qəlb; Gərd – toz; Səgi – şəbgərd – gözətçi it; Şəbgərd – darğa; gecə növbətçi; Mücərrəb – sınanmış, təcrübədən çıxmış; Təqdir – əvvəlcədən qərara alınmış; Xəzan – payız; Dun – alçaq, əskik; Buqələmun – rəngdən-rəngə girən; Gülgəşt – gül seyri, gül tamaşası; Gülgun – gül rəngli, gül üzlü; Təəllül – yubatmaq, yubandırmaq; Rəşk – həsəd, qısqanmaq; Məani – mənalar, dərin düşüncə; Ənadil – əndəliblər, bülbüllər; Xeyrəncam – aqibəti xeyr, axırı xeyr; Şükufə – çiçək; Bərg – yarpaq; Üstüvar – möhkəm, qüvvətli, daimi; Xan – xonça, içi yeməklə dolu məcməyi, süfrə; Müttəqi – pəhrizkar

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.