Əsas məzmuna keç

Heca şeiri

Mən kəndə gəlmişəm

Zəlimxan Yaqub

1

Mən kəndə gəlmişəm, elimin yenə Xeyrinə-şərinə yarayım deyə. Çoxdan görmədiyim dostu-tanışı Bir-bir yada salım, arayım deyə. Səsləyim tarlada qızı, gəlini, Tutsun o yerləri harayım deyə. Mənim bu yerimdə, bu həvəsimdə İlham da durmasın, köməyə gəlsin. Olmasın əliboş, başıaşağı, Söz desin zəhmətə, əməyə, gəlsin. Necə ki, tükənən deyil arzular, Necə ki, axdıqca tükənmir sular, O elə çağlasın, o elə gəlsin Nəğməsi bu eldən o elə gəlsin. Mən kəndə gəlmişəm, unudularmı Adı müqəddəsdir çörəyin, duzun. Gəlmişəm görüşüm, könlünü alım Bir qəlbi sınığın, bir oğulsuzun. Mən kəndə gəlmişəm, yuvamdır bura, Qartalın qədrini ucalar bilər. Ocaqda vələsmi, palıdmı yanır Tüstülü, dumanlı bacalar bilər. Bu kəndin bu günü göz qabağında, Dünəni, keçmişi qocalar bilər. Sabahın qocası biz olmalıyıq, Sabahın cavanı gözləyir bizi, Zirək tərpənməli, tez olmalıyıq. Hərə bir gələcək yaratmalıdır, Nəğməyə dönməli, söz olmalıyıq. Bir dənlə bir zəmi yaradır həyat, Hər qarış torpağa göz olmalıyıq.

1971, 27 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.