Mən hamıdan başdayam
Ara vermək istəmir ürəyimin ağrısı, Qəfil sancılan bıçaq – kürəyimin ağrısı. Ürək niyə ağrıyır, onu zamandan soruş. Kürək niyə ağrıyır, can bilir, candan soruş. Ömrüm boyu ölümlə, əcəllə savaşdayam, Ağrı-acı sarıdan, Birincilik məndədi, mən hamıdan başdayam!
2009