Mən gedincə pəncərəni bağlama
Mən gedincə pəncərəni bağlama, Mən bilim ki, arxam ilə göz baxır. Sən də elə bil ki, havalanıb bir oğlan, Arxasınca sənin kimi qız baxır.
Mən gedincə pəncərəni bağlama, Daş gül açır sən baxanda yollara. Qoy bir az da qüvvət versin ilahi, Səni sıxan, səni qucan qollara.
Mən gedincə pəncərəni bağlama, Bağlayarsan, nitqim, sözüm bağlanar. Aramıza pərdə çəkər Yaradan, Sənin bəxtin, mənim gözüm bağlanar.