Əsas məzmuna keç

Heca şeiri

Mən gedərəm

Zəlimxan Yaqub

2

Beş-on günlük qonağıyam bu dünyanın, Dərə qalar, təpə qalar, mən gedərəm. Nəsil-nəsil dəniz çalar laylasını, Dalğa qalar, ləpə qalar, mən gedərəm. Çox baxmışam dalğaların vuruşuna, Boylanmışam zirvələrin duruşuna. Zirvə qalar, qaya qalar, mən gedərəm. Dünya boyda dünya qalar, mən gedərəm, Gen ətəkli dağlar qalar, mən gedərəm.

Min il əvvəl durduğutək durur qaya, Bu əbədi sağlar qalar, mən gedərəm. Mən getsəm də, sən qalarsan, adım mənim, Sən qalarsan eşqim mənim, odum mənim. Sözüm qalır körpələrin dodağında, Səsim qalır qayaların qulağında, Arzularım, diləklərim çiçək-çiçək, Mən getsəm də, torpaq anam min yaşasın, Sabah məni çəmən kimi göyərdəcək!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.