Əsas məzmuna keç

Gəraylı

Mən dərvişəm deyə köksün gərərsən

Şah İsmayıl Xətai

1

Mən dərvişəm deyə köksün gərərsən, Həqqi zikr etməyə dilin varmıdır? Kəndini görsənə, eldə ararsan, Halın hal etməyə halın varmıdır?

Bir gün balıq kimi ağa sararlar, Mürşiddən, rəhbərdən xəbər sorarlar, Tüstü yaxıb guşə-guşə ararlar, Mən arıyam dersən, balın varmıdır?

Dərdli olmayanlar dərdə yanarmı? Sadiq dərviş iqrarından dönərmi? Hər bir uçan gül dalına qonarmı? Mən bülbüləm dersən, gülün varmıdır?

Şah Xətayi, sənin dərdin deşilməz, Dərdi olmayanlar dərdə tuş olmaz, Mürşidsiz, rəhbərsiz yollar açılmaz,1 Mürşid ətəgində əlin varmıdır?

Lüğət: Zikr – anma, söyləmə; Dili – şeyda – vurğun ürək, sevən könül; Dersən – deyirsən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.