Mən
Gözəl, sana məlum olsun, Alışmışam, yanıram mən. Ala gözlər süzüləndə, Canımdan usanıram mən.
Hansı dağın maralısan? Hayıf, bizdən aralısan! Sən də yardan yaralısan, Duruşundan qanıram mən.
Mənim adım Ələsgərdi, Dərdim dillərdə əzbərdi. Xalların dürrü gövhərdi, Sərrafıyam, tanıram mən.