Memar Sinan
Türkün sehrkar oğlu, möcüzələr ustadı, İnsanı daş elədi, daşdan insan yaratdı! Dindirdi tarixləri naxışların diliylə, Nəfəs qatdı rənglərə, ruh verdi, can yaratdı!
Bu qüdrət necə sığıb bir ömrün sərhədinə, Bir cahanın içində min-bir cahan yaratdı! Harda heyrətə gəldim, harda ki heyran oldum, Soruşanda dedilər: Memar Sinan yaratdı!