Mələklər belə yaşayır
Bir qızılgül bağçasıdı, Ömrü gül kimi yaşadı. İpək kimi incələndi, Ömrü gül kimi yaşadı.
Zili vardı, pəsi vardı, Qəlbə yatan səsi vardı. Həzin bir nəğməsi vardı, Sazda tel kimi yaşadı.
Baxış doğma, nəfəs tərdi, Dodaq büllur, yanaq zərdi. Baxsan dibi görünərdi, Duru göl kimi yaşadı.
Çiçəklər belə yaşayır, Diləklər belə yaşayır. Mələklər belə yaşayır, Haqqa yol kimi yaşadı.
2005, 7 mart