Əsas məzmuna keç

Qoşma

Mələk ölümü

Zəlimxan Yaqub

2

Ölüm, başım üstə çox yellər əsib, Sən son dayanacaq, son duracaqsan. Bilirəm, nə vaxtsa qarşımı kəsib, Damarda qanımı donduracaqsan.

Əcəlim qoy gəlsin ağsaqqalyana, Ey tufan, qabarma, ey külək, əsmə. Mələk ölümü ver, nuş olsun cana, Ey fələk, hay-küylə başımı kəsmə.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.