Əsas məzmuna keç

Qoşma

Mehmanıdır

Məxdumqulu Fəraqi

1

Dərddir bu canın zilləti, sağlıq onun sultanıdır, Tən mülkünün sər dövləti dinməz ötər, mehmanıdır.

Nəfs eyləyib sərkeşliyi tən taxtının meydanında, Ruzi-əzəl ruhun yaxın ol əhdi, ol peymanıdır.

Bu bazara gələn kişi ixlasın ari eyləsin, Qəbul olan ixlaslı qul mərdanların mərdanıdır.

Desə olar səd afərin, ruh bəsləyib nəfsin basan, Həqiqət onun bazarı, həq məclisi meydanıdır.

Vay halına nəfsin sevən, can ləşkərin aciz qoyan, Ruzi-cəza yoldaş ona, bəd işlərin peşmanıdır.

Ər tapmadım qulluq edəm, yol tapmadım həccə gedəm, Bu iki iş bu tən ara bu canımın ərmanıdır.

Məxdumqulu bu qəmzədə ta ki bu dərd ilə gedər, Beş gün bu fani dünyada bir aşiqin dövranıdır.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.