Əsas məzmuna keç

Qoşma

Məhər dayı

Zəlimxan Yaqub

1

El gülər üstümə, qaytarma məni, Bu gün icazə ver, ay Məhər dayı. Uğura çıxmışam, qırma könlümü, Nahaqdan qaldırma hay, Məhər dayı.

Sən mənə qıymadın bir quru şələ, Meşənin qoynuna saldın vəlvələ. İnan ki, yadımdan çıxmayıb hələ, Dolanıb neçə yaz, yay, Məhər dayı.

Başın şişir, tez girirsən sərinə, Qarışmırsan elin xeyir-şərinə. Ya məni qoy bir insanın yerinə, Ya özünü kişi say, ay Məhər dayı.

Səninki bir qarın, bir də bədəndir, İşə-gücə yaramırsan, nədəndir. İnsan bir gün gələn, bir gün gedəndir, Eyləmə hörmətini zay, Məhər dayı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.