Məhəmməd
Əvvəl-dəslab varıb Xeybər dağında, Kafirlər qanını saçdı Məhəmməd, Ləkləhərdə, Səkvan, Kabil şəhrində Cəfa çəkib dinin açdı Məhəmməd.
Aşiqlər faş olub, eşqə minəndə, Tura nəzər düşüb, dağlar yananda, Buraq göydən gəlib, yerə enəndə, Rəfrəf minib ərşə uçdu Məhəmməd.
Mikayıl, İsrafil, Əzrayıl ilə, Gəldilər, durdular Cəbrayıl ilə, Seyr etdi Səlsəbil, Zəncəfil ilə, Kövsər bulağından içdi Məhəmməd.
Meracın gecəsi seyrə varanda, Ya Cəbrayıl əmin ilə yürəndə, Behişt qapısına gəlib duranda, «Bismillah!» deb, işıq saçdı Məhəmməd.
Məxdumqulu, özgə dini pozdular, İqlim-iqlim, şəhər-şəhər gəzdilər, Cəfa çəkib, islam dinin düzdülər, Altmış üç yaşında köçdü Məhəmməd.