Məhəmməd
Üç yolla piyada gəldim qapına, Olmadın dərdimdən halı, Məhəmməd! Allahimməsəllim, - gördüm üzünü,- Əla Məhəmmədin və Ali Məhəmməd!
Təvəqqe eylərəm, gəl, keçəni sal, Etibarın yoxdu, əvvəl haqqın al,
Qardaşlıqda uzun çəkər qilü-qal, Pis keçər bu işin dalı, Məhəmməd!
Aşıq Ələsgərəm, zari-dil, xəstə, Gözüm yolda qaldı, qulağım səsdə, Bir gəliş gələrəm anlamaz dosta, Dəyməmiş tökülər kalı, Məhəmməd!