Məhəbbət
Ay gecəni sevər, günəş gündüzü, Çaylara bağlanar sel məhəbbəti. Ürəkdə layladı, dodaqda nəğmə, Arıya bal olar gül məhəbbəti.
Varsa bir ürəkdə sevgidən maya, Əriyər odunda, mum olar qaya. Salam kəlməsiylə gəlib dünyaya, Sıxıb bir-birini əl məhəbbəti.
Küləklər, tufanlar gəlməz eyninə, Yüz nadan tənəsi girməz beyninə. Quş bilər dağları, alsa çiyninə, Olsa Zəlimxana el məhəbbəti.
1973, 3 iyul