Əsas məzmuna keç

Deyişmə

Məğrubi – Məxdumqulu

Məxdumqulu Fəraqi·Məğrubi

1

- Kamil olsan, səndən xəbər alayım, Bizə yeddi ilə beşdən xəbər ver, Üç başlı, bir gözlü, əlli-ayaqlı, Qüdrətdən işlənən quşdan xəbər ver.

- Məğrubi, sən bizdən cavab sorasan, Yeddi iman, islam beşi böylədir, Üç başlı, bir gözlü, əlli-ayaqlı, Cəsəd içrə canın quşu böylədir.

- Cənnət bilsən nə məkanda, nə yerdə, Hansı gün ay tutar üzünə pərdə, Altı min altı yüz iyirmi dörddə, Hesab eylə, əvvəl başdan, xəbər ver.

- Cənnət ərş altında, göy üstü yerdə, Məhşər gün ay tutar yüzünə pərdə, Altı min altı yüz iyirmi dörddə, Saqat olar əvvəl başı, böylədir.

- Bir hərfimdə dörd yüz hesabım hanı, Xəbər ver, altmış iki cavabım hanı, Günahım neçədir, səvabım hanı, Yaxından soruşma, dışdan xəbər ver.

- Bir hərfdə dörd yüz nədir (?) hesabı, Sorlar meytdən altmış iki cavabı, Günahın çox, haqq fərmanı səvabı, Cəhənnəmin olan dışı böylədir.

- On səkkiz min şəhrin xanı neçədir, Bir il səcdəsinin sanı neçədir, Yarağı doqquzdır, donu neçədir, Bir qırxdan, bir dörddən, üçdən xəbər ver.

- On səkkiz min şəhrin mövlamdır xanı, İl səcdəsi qırx min səkkiz yüz sanı, Doqquz fələk var, yer üzünün donu, Çiltən, dörd yar, vitr üçü, böylədir.

- O kimdir ki, boylamadı günahdən, O kimdir ki, əl götürmiş sənadan, Nə səbəbdən uçub gəldi asmandan, Kafir üçün enən daşdan xəbər ver.

- Şeytan ləin, əl çəkmədi günadan, Feli azan əl götürdü sənadan, «Teyr əbabil» uçub gəldi asmandan, Kafir üçün enən daşı böylədir.

- Asman burdan neçə illik mənzildir, Bizdən altda nə məxluqdır, nə eldir, Dünyanın genliyi neçə il yoldur, Müdam ölməz yatan leşdən xəbər ver.

- Asman burdan beş yüz illik mənzildir, Altda şeytan, pəri, cin olan eldir, Dünyanın genliyi beş yüz il yoldur, Loğman ölməz, yatan leşi böylədir.

- O kimdir ki, dərya enər başına, Nəm tökülməz kirpiyinə, qaşına, Kim işarət etdi nəqi daşına, Atadan-anadan, beşdən xəbər ver.

- Cəbrayılın dərya ensə başına, Nəm tökülməz kirpiyinə, qaışına, Saleh işarət etdi nəqi daşına, Ata-ana, qoç, əsa (?), beşi böylədir.

- Nə ağacdır dörd min olar sayası, Dağı on beş, iyirmi bir qayası, Ol nə taxtdır yetmiş mindir payası, Dörd gözlüdür, həm bir başdan, xəbər ver.

- Şəcərətül-əyn dörd min olar sayası, Fərz − on beş, iyirmi bir vacib qayası, Təxt-Süleyman, yetmiş mindir payası, Əzrayıl, dörd gözlü başı, böylədir.

- Nə heyvan, dörd min baş, səkkiz min şaxlı, Nə saraydır mömin üçün yasaqlı, Məğrubi der, fəhm et, dolandır ağlı, Bir izi üzülməz köçdən xəbər ver.

- Yeri tutan öküz, dörd min baş, səkkiz min şaxlı, Cənnət öyi mömin üçün yasaqlı, Məxdumqulu der, sənə gətirdim ağlı, İzi üzülməz ölüm köçü böylədir.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.