Əsas məzmuna keç

Qoşma

Mayın doqquzu

Zəlimxan Yaqub

1

Şuşa deyiləndə mənim ağlıma, Qurdlara yem olmuş bir quzu gəlir. Torpağı satanın gözünə xalqın, Nə çörəyi gəlir, nə duzu gəlir.

İtirəm dumanda, azıram çəndə, Olmaq istəmirəm Allaha bəndə. İsa bulağını fikirləşəndə, Gözümdən həmişə qanlı su gəlir.

Qurulan bu qurğu, tələ bəsidir, Bu millət çox baxdı ələ, bəsidir. Qələbə düşmənin qələbəsidir, Gəlir, may ayının doqquzu gəlir.

2001, 3 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.