Marxalı gördüm
Fərəhdən sinəmə sığmadı qəlbim, Dağları vüqarlı, arxalı gördüm. Qışın yadigarı, yazın bəzəyi, Zirvədə nişanə qar xalı, gördüm.
Dedilər çəkinmə, dər çiçəyini, Öpdüm, əzizlədim hər çiçəyini. Yarıma bənzətdim tər çiçəyini, Bütün baxışlarda var xalı, gördüm.
Tərpənsin küləyi, dağılsın saçı, Ay dost, bu yerlərin acıyam, acı. Desən gözəlliyin hardadır tacı, Deyərəm Şəkidə Marxalı gördüm.