Maral
Səni xəstə görüb gələndən bəri, Mənim də xəyalım xəstədir, Maral. Yaman darıxmışam səndən ötəri, Əlim ürəyimin üstədir, Maral.
Sağ-salamat qayıt xəstəxanadan, Olmasın taleyin könlü qanadan. Səni soruşuram qızdan, anadan, O gündən qulağım səsdədir, Maral.
Gümrah ol, ürəyin qoy dönsün dağa, Doyunca seyrə çıx bağçaya, bağa. Sənintək çiçəyi qarşılamağa, Çiçəklər əlimdə dəstədir, Maral.
1971, 4 noyabr