Əsas məzmuna keç

Qoşma

“Mansırı” havası üstündə

Zəlimxan Yaqub

2

Yenə, a Saraçlı, nə yandırırsan, Qəlbində sızlayan kamanınmı var? Sən ki ağ gündəsən, şükür Allaha, Üzünə gülməyən zamanınmı var?

Çöllərdə qızaran qanmı, laləmi, Hönkürək gözəlmi, gur şəlaləmi. Od olub yandırır ahın aləmi, Dağlardan çəkilməz dumanınmı var?

Zəlimxan, insanda o qüdrət hanı, Yolundan qaytara gedən karvanı, Torpağın qoynunda çürüyən canı, Yoxsa sağaltmağa gümanınmı var?

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.