Ləzzət çəkər
İki sevgi bir araya gələndə, Həsrət qucaxlaşar, qol ləzzət çəkər. Ortalıqda işvə, qəmzə, naz olar, Zənəxdan tərində xal ləzzət çəkər.
Gəlin gəldi, təzə gərdək qurulu, Oğlan öpər, əldən düşüb yorulu, Aralıqda şux məmələr qırılı, Şövqdən düşüncə əl ləzzət çəkər.
Ələsgər də eşq oduna alışı, Göz gözə baxanda halın soruşu, Yar ki yara həsrət ilə qovuşu, Dodaq busə içər, dil ləzzət çəkər.