Əsas məzmuna keç

Gəraylı

Leyli

Zəlimxan Yaqub

1

İstəkli yar, bir də demə, Nə sən Məcnun, nə mən Leyli. Bu gün də var, sabah da var, Həmən Məcnun, həmən Leyli.

Getməsin ağzımdan dadın, Canımı yandırsın odun. Qoy bu gündən olsun adın, Yar dodağı əmən Leyli.

Zəlimxanam, sağ canım ol, Heyran olum, heyranım ol. Gəl sən mənim ceyranım ol, Mən də sənə çəmən, Leyli.

1973, 17 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.