Leyli
Dönə-dönə axtaralar dünyanı, Olmaz sənin kimi qələmqaş, Leyli! Əyninə geyibsən zərü zibanı, Üstündən düzübsən daşu qaş, Leyli!
Ah çəkibən, niyə köysün ötürdün? Göz yaşınla şəcərələr bitirdin. Hayana göndərdin, harda itirdin? Hanı yanındakı yaşılbaş, Leyli?
Əhli-halam, dərdin nədi, qanıram, Yaralı canımdan çox usanıram, Ələsgərəm, alışmışam, yanıram, Alova düşərsən, geri qaş, Leyli!