Lərzanədir
Ey yaranlar, gözəl ömrüm Qocaldıqca lərzanədir. Gündən-günə artar dərdim, Dərman istər, pərvanədir.
Aşiq yansa ol yar üçün, Margir getsə şahmar üçün, Qoçaqlar namus-ar üçün Ata minər, mərdanədir.
Nə əcəb dövranlar sürən, Yaxşı-yaman − varın görən, Bizlər ilə həmrah yürən Ağsaqqallar, bax, danadır.
Məxdumqulu, əlli yaşın, Qəmdir, qayğıdır sirdaşın, Qafil olma, qaldır başın, Qocalıq bir bəhanədir.