Lənət
Hər nemətin bir dadı var, vara əhsən, heçə lənət! Tükənməzlik olan yerdə sona lənət, puça lənət! Savab varsa, ondan yapış, elədiyin suça lənət! İşıq doldur ürəyinə, çirkab dolan içə lənət! Bu dünyanın ləzzətini başa qədər dadan yoxdu, Yaşamaqçün yüz il varsa, vaxtsız düşən köçə lənət!
2002, 11 yanvar