Əsas məzmuna keç

Qoşma

Layla

Zəlimxan Yaqub

3

Şair anaların uzanar ömrü, Deyəndə oğluna, qızına layla. Silinməz ürəkdən, düşməz dodaqdan, Dözər körpələrin nazına layla.

İnsana nəğməni təbiət verib, Bitib-tükənməyən məhəbbət verib, Dünyaya sığmayan bir şöhrət verib, Dədəmiz Qorqudun sazına layla.

Zəlimxan, itərmi dünyadan izi, Ona can verənin titrəməz dizi, Payızda nağıllar oxşayar bizi, Düşər ömrümüzün yazına layla.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.