Əsas məzmuna keç

Heca şeiri

Küsmək də gözəldi, barışmaq olsa

Zəlimxan Yaqub

1

Küsmək də gözəldi, barışmaq olsa, Küsülü qalmaqdan çəkin, əzizim. İncə duyğuları olan könlünə Nə nifrət dolmasın, nə kin, əzizim.

Yar yarın hökmüylə barışan olar, Xeyrinə, şərinə qarışan olar. Halı xəyalından pərişan olar, Yalqızın, yarsızın, təkin, əzizim.

1975, 2 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.